Tribuna İnformasiya Agentliyi

İmişli “ASAN Həyat” kompleksində konsert proqramı təşkil olunacaq

21 Dekabr

23 dekabr 2018-ci il tarixində“ASAN xidmət” və İmişli Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı, ASAN radionun media dəstəyi ilə İmişli “ASAN Həyat” kompleksində konsert proqramı təşkil olunacaq.

Tədbir 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, Yeni il, “ASAN xidmət” işçilərinin peşə bayramı günü və  ASAN Radionun 3 yaşına həsr olunur.

Konsert proqramında sənətçilər səhnədə bir–birindən möhtəşəm mahnılarını ifa edəcəklər. Daha sonra bayram proqramı DJ-lərin ifası ilə davam etdiriləcək.

“ASAN Həyat” konsepsiyası “ASAN xidmət” mərkəzi ilə yanaşı, ictimai iaşə obyektlərini də özündə birləşdirir. Belə ki, vətəndaşlar operativ və nümunəvi xidmətlə yanaşı, bu konseptin istirahət və əyləncə imkanlarından da istifadə edirlər. “ASAN həyat” Kompleksi vətəndaş rahatlığı üçün həyat standartlarının yaxşılaşdırılmasına xidmət edən müxtəlif həlləri əhatə edir.Dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radio olan ASAN Radio Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə yaradılıb və 24 dekabr 2015-ci il tarixində yayıma başlayıb.