İstanbulda 5 yaşa qədər uşaqlar və anaları üçün ictimai nəqliyyat pulsuz olub.
Tia.az xəbər verir ki, bu barədə İstanbul bələdiyyəsinin sədri Əkrəm İmamoğlu çıxışında deyib.
“İstanbulda 5 yaşa qədər 1 milyon 160 min uşağımızın analarının pulsuz gediş kartı əldə etməsi qərarı bələdiyyə məclisi tərəfindən yekdilliklə qəbul edilib”, – İmamoğlu bildirib.