Tribuna İnformasiya Agentliyi

İmamlarla keşişlər futbol oynadı: yəhudi idarə etdi, müsəlmanlar qazandı

02 İyul
Almaniyanın Dortmund şəhərində müsəlman imamlarla xristian keşişlər arasında futbol matçı keçirilib.
Qaynarinfo xəbər verir ki, “Hoeşpark” stadionunda keçirilən qarşılaşmanı Dəyanət İşləri Türk İslam Birliyi (DİTİB), Protestant Kilsəsi və Dortmund Yəhudi Mədəniyyət Mərkəzi təşkil edib.
İmamlarla keşişlərin qarşılaşdığı matçı haham (yəhudi din xadimi) idarə edib. Qarşılaşma imamların 4:2 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da onlar 13 ildir ardıcıl təşkil olunan turnirin qalibi olublar.