İlyas Hüseynov: “ABŞ Ukraynanın yanındadır”backend

İlyas Hüseynov: “ABŞ Ukraynanın yanındadır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son günlər Rusiya ilə Ukrayna arasında gərginlik pik həddə çatıb. Mövzu ilə bağlı Tia-az-a danışan politoloq İlyas Hüseynovun sözlərinə görə Ukrayna ərazi bütövlüyünün bərpa edilməsində israrlıdır:
“Rusiya ilə Ukrayna arasında olan gərginlik son dövrlər çox yüksək həddə çatıb. Hər iki tərəfin sərhədinə böyük qoşun növlərinin yığıldığına dair məlumatlar yayılır. Azərbaycanın eskalasoyası olan hər iki dövlətlə çox yaxşı münasibətləri var. Düşünürəm ki, Azərbaycanın 44 günlük müharibədə qazanmış olduğu nailiyyətlər Cənubi Qafqazda geosiyasi vəziyyətə birbaşa təsir göstərir. Belə ki, Azərbaycan kimi ərazi bütövlüyü pozulan ölkələr bu istiqamətdə addımlar atır.

Belə ölkələrə misal kimi Moldova və Gürcüstanı da göstərə bilərik. Ukraynanın son dövrlərdə hərbi-sənaye kompleksini təkmilləşdirməsi, pilotsuz uçuş aparatlarının əldə edilməsi və hava hücumundan müdafiə sisteminin daha da təkmil formaya gətirilməsi istiqamətində Türkiyə ilə yaxın strateji, hərbi münasibətlər formalaşdırır. Bu münasibətlər sayəsində öz istəyinə çatmaqda israrlıdır.

Digər tərəfdən ABŞ da Ukraynaya dəstək verir. Dünən Baydenlə Zelinski arasında baş tutan telefon danışığı çox mətləblərdən xəbər verir. Bir sözlə, iki dövlət arasında baş tutan danışıqların ümumi nəticəsi olaraq deyə bilərik ki, ABŞ Ukraynanın haqq işində dəstək göstərəcəyini birmənalı şəkildə ifadə edir.”

TİA.AZ