İlon Mask planetin ən varlı beşinci adamı oldubackend

İlon Mask planetin ən varlı beşinci adamı oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məşhur iş adamı, “SpaceX” şirkətinin banisi İlon Mask planetin ən varlı insanları siyahısında ilk beşliyə daxil olub…

Bu barədə “Forbes” məlumat yayıb.

Bildirilir ki, İ.Maskın sərvəti 74,2 milyard dolları ötüb və bununla da o, planetin ən varlı beşinci insanı olub.

Siyahıda ilk pillədə “Amazon”un rəhbəri Ceff Bezos (189 milyard dollar), ikinci pillədə “Louis Vuitton Moet Hennessy” şirkətlər qrupunun prezidenti Bernar Arno (113,8 milyard dollar), üçüncü pillədə “Microsoft” şirkətinin banisi Bill Qeyts (113,4 milyard dollar), dördüncü pillədə isə “Facebook”un yaradıcısı Mark Zukerberq (90,3 milyard dollar) qərar tutub.