İlon Mask “kasıbladı”, sərvəti 160.6 milyarda düşdübackend

İlon Mask “kasıbladı”, sərvəti 160.6 milyarda düşdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Amerikalı iş adamı, “Tesla”nın qurucusu və icraçı direktoru İlon Mask Bloomberg milyarderləri indeksinə görə, dünyanın ən varlı adamları siyahısında ikinci sıradan üçüncü yerə enib.
TİA.AZ agentliyə istinadla xəbər verir ki, Maskın şirkətinin səhmlərindəki düşmə fonunda sərvəti 3.16 milyard dollar azalaraq 160.6 milyard dollara düşüb. Beləliklə, Louis Vuitton və Sephora markalarına sahib olan fransız milyarder Bernard Arnonun ailəsi ikinci yerə yüksəlib. Bloomberg onun sərvətini 161,2 milyard dollar olaraq qiymətləndirib.
Bununla birlikdə Mask “Amazon”un qurucusu Ceff Bezosdan sonra “Forbes” siyahısında hələ də ikinci yerdədir. “Tesla”nın qurucusu 2021-ci ilin əvvəlindən bəri Bezosu artıq iki dəfə qabaqlayıb və reytinq siyahısının ilk pilləsinə çıxıb.