İlkin Rüstəmzadəni kim təhdid edir? – DİN-dən açıqlamabackend

İlkin Rüstəmzadəni kim təhdid edir? – DİN-dən açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Daxili İşlər Nazirliyi “Nida”çı gənc İlkin Rüstəmzadənin bacısı vasitəsilə təhdid edilməsi ilə bağlı araşdırmalara başlayıb.
Nazirliyin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov  açıqlamasında bildirib ki, vətəndaş İlkin Rüstəmzadənin sosial şəbəkə üzərindən etdiyi müraciət nəzarətə götürülüb:
“Bütün müraciətlərin operativ araşdırıldığı kimi vətəndaş İlkin Rüstəmzadənin də müraciəti nəzarətə götürülüb. Onu təhdid edən və ya edənlərin müəyyən edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.
Qeyd edək ki, İ.Rüstəmzadə bildirib ki, mayın 31-də bacısı Türkana yaxınlaşan şəxslər ona “qardaşına denən ağıllı olsun” deyib və uzaqlaşıblar.