“İLK RAKETİ LONDONA ATACAĞIQ…” – Putinin planının bir sıra məqamları açıqlandıbackend

“İLK RAKETİ LONDONA ATACAĞIQ…” – Putinin planının bir sıra məqamları açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Əgər Kalininqradda Rusiya-NATO müharibəsi başlayarsa, ilk vuracağımız hədəf London olacaq”.

“AzPolitika.info” beynəlxalq KİV-lərə istinadla xəbər verir ki, bunu Rusiya parlamentinin Müdafiə Komitəsinin üzvü, rus ordusunun ehtiyatda olan generalı Andrey Qurulyov “Birinci kanal”-da yayımlanan televiziya verilişində deyib.

O, Kalininqrad üzərindən NATO ölkələrini hədələyib: “Mümkün müharibə vəziyyətində Rusiya nə Varşavanı, nə də Berlini hədəfə almayacaq. Əvvəlcə Londonu vuracaq”.

 

Putinə yaxınlığıyla bilinən Qurulyov bildirib ki, hava hücumları nəticəsində düşmən tamamilə məhv ediləcək: “Onların amerikalı və ya ingilis olması heç kimin vecinə olmayacaq. Kritik ərazilərin məhv edilməsi əməliyyatı çərçivəsində Qərbi Avropanın elektrik enerjisi təchizatı kəsiləcək. Bütün enerji təchizatı sahələri məhv ediləcək. Daha sonra ABŞ-ın soyuqda, yeməksiz və işıqsız qalan Avropaya nə deyəcəyini gözləyəcəyik. Maraqlıdır, onlar necə kənarda qalacaqlar? Bu planın bir sıra məqamlarını gizli saxlayıram. Çünki bu, televiziyada müzakirə olunacaq bir məsələ deyil”.