İLİN ƏN AKTİV MİLLƏT VƏKİLLƏRİ SEÇİLDİbackend

İLİN ƏN AKTİV MİLLƏT VƏKİLLƏRİ SEÇİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Editor.az İnformasiya Portalı 2021-ci ilin yekunları ilə bağlı ölkəmizin ali qanunverici orqanı olan Milli Məclisin deputatlarının fəaliyyətinə olan ictimai rəyi öyrənmək üçün internet istifadəçisi olan vətəndaşlar arasında keçirdiyi virtual sorğuya yekun vurub.

15-22 dekabr 2021-ci il tarixlərini əhatə edən sorğuya oxucular tərəfindən böyük maraq göstərilib. Bir həftə davam edən virtual sorğuda 2573 səs qeydə alınıb. Qeyd alınan səslərin 347-i təkrar olduğu, mövcud olmayan və ya eyni e-maillər vasitəsi ilə verildiyi üçün etibarsız elan edilib.

Sorğuda iştirak edən respondentlər sorğuda 2021-ci il ərzində Milli Məclisin plenar və komitə iclaslarında aktivliyinə, seçicilər və ictimaiyyətlə fəal işlədiyinə, beynəlxalq təşkilatlarda səmərəli fəaliyyətinə, qanun yaradıcılığı sahəsində xidmətlərinə görə 15 deputatı İLİN ƏN FƏAL MİLLƏT VƏKİLİ kimi müəyyən ediblər.

Editor.az İnformasiya Portalı 1 həftə davam edən virtual sorğuda ən çox səs toplayaraq İLİN ƏN FƏAL MİLLƏT VƏKİLİ seçilən 15 millət vəkilinin siyahısını ƏLİFBA SIRASI ardıcıllığı ilə təqdim edir. Portalımız qalib deputatları təbrik edir və gələcək fəaliyyətlərində uğurlar arzu edir.

ƏHMƏDOV Vahid Qazməmməd oğlu

HACIYEV Emin Məcid oğlu

HÜSEYNLİ Əli Məhəmməd oğlu

HƏMZƏYEV Naqif Ələşrəf oğlu

HƏSƏN Ramil Sahib oğlu

İSKƏNDƏROV Vüqar Yapon oğlu

QULİYEV Ülvi Zahid oğlu

MƏHƏRRƏMOV Bəhruz Abdurrəhman oğlu

MƏMMƏDOV Məşhur Şahbaz oğlu

NAĞIYEV Arzu Nəsib oğlu

NURULLAYEV Razi Qulaməli oğlu

NURULLAYEVA Könül Oruc qızı

OSMANOV Cavid Həmid oğlu

PAŞAYEVA Qənirə Ələsgər qızı

RÜSTƏMXANLI Sabir Xudu oğlu

ZƏRURİ QEYD: Editor.az İnformasiya Portalı bir daha xatırladır ki, bu sorğu və onun nəticələri tamamilə subyektivdir və yalnız bu sorğuda iştirak edən şəxslərin mövqeyini ifadə edə bilər. Bu sorğunun nəticəsi qətiyyən hökm xarakteri daşımır və hər hansı bir millət vəkilinin fəaliyyətinə verilən yekun qiymət kimi dəyərləndirilə bilməz.