backend

İlham Əliyevdən Lavrova tutarlı CAVAB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident çox konseptual bir formada, beynəlxalq hüququn normalarına söykənərək münaqişənin həll yollarını açıq surətdə Ermənistana və onun qəyyumlarına çatdırdı. 

Prezident çox konseptual bir formada, beynəlxalq hüququn normalarına söykənərək münaqişənin həll yollarını açıq surətdə Ermənistana və onun qəyyumlarına çatdırdı.

Bu sözləri Axar.az-a ötən gün Milli Qəhrəman Çingiz Qurbanovun ailə üzvləri ilə görüşdə Prezident İlham Əliyevin Aprel döyüşlərinin Azərbaycanın daxili işi olduğu və münaqişənin həllinin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapa biləcəyi ilə bağlı söylədiyi fikirlərə münasibət bildirən sabiq dövlət müşaviri Qabil Hüseynli deyib.

Politoloqun sözlərinə görə, ölkə başçısının Aprel döyüşlərinin Azərbaycanın daxili işi olması məsələsini məhz həmin görüşdə vurğulaması birbaşa problemin həllinə maneçilik törədən və prosesi süni surətdə ləngidən qüvvələrə çox ciddi mesajdır:

“İndiyə qədər bir sıra dairələrdə Dağlıq Qarabağ məsələsinin Azərbaycanın daxili işi olmasına kölgə salan müəyyən qüvvələr var idi. Bu qüvvələr Rusiyanın siyasi dairələri içərisində daha fəaldırlar. Onlardan biri də Rusiyanın Xarici İşlər naziri və ermənilərlə yaxın qohumluğu olan Sergey Lavrovdur. Onun Qarabağ məsələsinin Azərbaycan daxili işi olmaması ilə bağlı fikri qəbuledilməzdir. Azərbaycan Prezidenti də məhz Lavrovu və ona bənzər bəzi siyasi dairələri nəzərdə tutaraq bildirdi ki, Dağlıq Qarabağ Azərbaycanın daxili işidir və indiki Ermənistan tarixi Azərbaycan torpaqlarında yaradılıb. Ölkə başçısı ərazimizdə ikinci bir erməni dövlətinin yaradılmasına qətiyyən imkan verilməyəcəyini və Azərbaycanın bu məsələni öz daxili işi kimi həll edəcəyini bəyan etdi. Prezident bununla da çox konseptual bir formada, beynəlxalq hüququn normalarına söykənərək münaqişənin həll yollarını açıq surətdə Ermənistana və onun qəyyumlarına çatdırdı, bu məsələdən özləri üçün siyasi divident götürmək istəyən dairələrə xəbərdarlıq etdi. Ali Baş Komandan Azərbaycan dövlətinin, Silahlı Qüvvələrinin ölkəmizin ərazi bütövlüyünü bərpa etməyə qadir olduğunu çox cəsarətlə həmin dairələrə çatdırmaqla xalqın öz dövləti və prezidenti ətrafında daha sıx birləşməsinə zəmin verdi”.

Qeyd edək ki, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun bir müddət öncə Dağlıq Qarabağın Azərbaycanın daxili işi olmaması ilə bağlı qalmaqallı açıqlaması çox böyük rezonans doğurmuşdu.