İlham Əliyev Rusiyanın Elmlər Akademiyasının prezidentini qəbul etdibackend

İlham Əliyev Rusiyanın Elmlər Akademiyasının prezidentini qəbul etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Prezident İlham Əliyev noyabrın 25-də Rusiya Federasiyasının Elmlər Akademiyasının prezidenti Aleksandr Sergeyevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
 
TİA.AZ xəbər verir ki, görüşdə Azərbaycanla Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi qeyd olundu və əlaqələrimizin inkişafında humanitar sferada, o cümlədən elmi sahədə əməkdaşlığın rolu vurğulanıb. Bu sahədə əməkdaşlığımızın zəngin tarixə malik olduğu bildirilib və müasir dövrdə bu əməkdaşlığın daha da möhkəmləndirilməsinin önəminə toxunulub. Rusiya Federasiyasının Elmlər Akademiyasının prezidenti Aleksandr Sergeyevin səfərinin elmi əməkdaşlıq sahəsində əlaqələrin perspektivlərinin müzakirəsinə və daha da genişləndirilməsinə töhfə verəcəyi qeyd edilib.
Aleksandr Sergeyev Rusiya Federasiyasının Elmlər Akademiyasının xatirə medalını Prezident İlham Əliyevə təqdim edib.