İlham Əliyev Rize haqqında: “Əziz qardaşıma dedim ki, bu yerlər cənnətə bənzəyir”backend

İlham Əliyev Rize haqqında: “Əziz qardaşıma dedim ki, bu yerlər cənnətə bənzəyir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Mən ilk dəfədir ki, Rizedəyəm. Bu diyar haqqında çox eşitmişəm. Təyyarə ilə gələrkən pəncərədən bu gözəl mənzərəni seyr edərkən və artıq buradan seyr edərkən əziz qardaşıma dedim ki, bu yer cənnətə bənzəyir”.
TİA.AZ-ın xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Rize şəhərində Rize-Artvin Hava Limanının açılış mərasimində çıxışı zamanı deyib.
“Rizenin, Artvinin, Qara dəniz bölgəsinin gözəl, füsunkar təbiəti böyük sərvətdir. Amma ən böyük sərvət bu bölgənin insanlarıdır. Mərd, vətənpərvər, döyüşkən, Türkiyə Cümhuriyyətinin keşiyində duran insanlardır. Eşq olsun bu insanlara”, – Prezident vurğulayıb.