İlham Əliyev: “Müharibənin son dəqiqəsinə qədər Türkiyə bizim arxamızda idi”backend

İlham Əliyev: “Müharibənin son dəqiqəsinə qədər Türkiyə bizim arxamızda idi”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Müharibənin son dəqiqəsinə qədər, Şuşa şəhərinə bayrağımız ucalana qədər Türkiyə bizim arxamızda idi, bizə arxa idi, dayaq idi. Azərbaycan xalqı heç vaxt bu qardaşlığı unutmayacaq”.

TİA.AZ-ın xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Rize şəhərində Rize-Artvin Hava Limanının açılış mərasimində çıxışı zamanı deyib.

“Bu gün də biz biryerdəyik. Qarabağın bərpası işində bərabər, çiyin-çiyinə çalışırıq. Minlərlə bizim türk qardaşımız bu gün Azərbaycanda Qarabağın bərpası ilə bağlı öz işini görür, öz sözünü deyir”, – Prezident vurğulayıb.