İlham Əliyev Makrondan danışdı: “Sözləri qəbuledilməzdir”backend

İlham Əliyev Makrondan danışdı: “Sözləri qəbuledilməzdir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Deyib ki, Azərbaycan Türkiyə ilə birlikdə bölgəyə terrorçuları gətirib. Onun açıqlamasında bu, var. Ondan sonra bir açıqlamasında demişdir ki, “Azərbaycan Dağlıq Qarabağı fəth etmək istəyir və biz buna icazə vermərik”. Dağlıq Qarabağ bizim torpağımızdır. Bir dövlət öz torpaqlarını fəth edə bilərmi?”

TİA.AZ xəbər verir ki, bunu Türkiyənin TRT telekanalına müsahibəsi zamanı Azərbaycan Prezidenti İlham Əliyev Fransa prezidenti Emmanuel Makronun dediklərinə münasibət bildirərkən söyləyib.

Ölkə başçısı Fransa prezidentinin açıqlamalarını qəbuledilməz hesab edib:

“Həmsədr bilmirmi ki, bu torpaqlarda qanunsuz olaraq ermənilər oturub bizim bütün tarixi abidələrimizi, məscidlərimizi, qəbirlərimizi, evlərimizi yerlə-yeksan ediblər. Ağdamın, Füzulinin görüntülərinə baxın. Bizim yarıdağılmış məscidlərimizdə donuz, inək saxlayır. Bütün müsəlmanları təhqir edir. Görmürlərmi bunu? Ona görə “Azərbaycan Dağlıq Qarabağı fəth etmək istəyir və biz buna icazə vermərik” sözləri qəbuledilməzdir. Ona görə Fransa özü-özünü artıq bu bərabər üçlüyün xaricinə qoyur və biz buna səssiz qala bilmərik”.

Prezident həmçinin E.Makronun ittihamları barədə də danışıb:

“Mən demişəm, dəlil verin, sübut verin, fakt verin. O cümlədən Fransa prezidentinə, – o mənə telefonla iki dəfə zəng etmişdi, – dedim ki, fakt verin. Sentyabrın 27-dən artıq 8 gün keçir. Heç nə demir, deyir ki, bizdə kəşfiyyat məlumatı var. Dedim verin bizə, haradadır bu kəşfiyyat məlumatı? Yoxdur bu, ola da bilməz”.