İlham Əliyev DİN-in əməkdaşlarını təltif etdi – Siyahıbackend

İlham Əliyev DİN-in əməkdaşlarını təltif etdi – Siyahı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daxili İşlər Nazirliyinin bir qrup əməkdaşının təltif edilməsi haqqında Prezident İlham Əliyev Sərəncam imzalayıb.
TİA.AZ xəbər verir ki, sərəncamda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Cinayətkarlığa qarşı mübarizə, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi, ölkədə tətbiq edilmiş xüsusi karantin rejiminin tələblərinə riayət olunmasına nəzarət edilməsi, işğaldan azad olunmuş ərazilərdə ictimai asayişin və təhlükəsizliyin təmin edilməsi ilə bağlı xidməti vəzifələrini yerinə yetirməkdə fərqləndiklərinə görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin aşağıdakı əməkdaşları təltif edilsinlər:

3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə
Yusifov Mahmud Şahmurad oğlu – tibb xidməti polkovniki

“Vətən uğrunda” medalı ilə
Abbasov Rəşad Vaqif oğlu – polis polkovniki
Aslanov Çingiz Rauf oğlu – polis polkovniki
Həmzəyev Pərviz Mahmud oğlu – polis polkovniki
Qurbanov Elmir Vaqif oğlu – polis polkovniki
Məmmədov Emin Mobil oğlu – polis polkovniki
Nəsirov Zaur Zakir oğlu – polis polkovniki
Sarıyev Bəkir Qəhrəman oğlu – polis polkovniki
Abbasov Zaur Nürəddin oğlu – polis polkovnik-leytenantı
Camalov Vüqar Yahya oğlu – polis polkovnik-leytenantı
Əlizadə Cavidan Gülağa oğlu – polis polkovnik-leytenantı
Kərimov Rəhman Cəbrayıl oğlu – polis polkovnik-leytenantı
Qasımov Ceyhun Həsən oğlu – polis polkovnik-leytenantı
Qasımov Nəvai Becan oğlu – polis polkovnik-leytenantı
Quliyev Elşən Şahlar oğlu – polis polkovnik-leytenantı
Səlimov Murad Rəfayıl oğlu – polis polkovnik-leytenantı
Cəfərov Məhiyəddin Bulud oğlu – polis mayoru
Əliyev Səttar Nizami oğlu – polis kapitanı
Məmmədov Şakir Fərman oğlu – polis baş leytenantı

“İgidliyə görə” medalı ilə
Məmmədov Nəsib Sayad oğlu – polis polkovniki
Qaflanov Qurban Oruc oğlu – polis polkovnik-leytenantı
Şıxnəbiyev Rəşad Rəhbər oğlu – polis polkovnik-leytenantı
Nağıyev Kənan İlyas oğlu – polis mayoru
Dadaşov Rəşvin Akif oğlu – polis kapitanı
Mehvalıyev Cəmaləddin Teymur oğlu – polis baş leytenantı
Həbibullayev Rasim Fərman oğlu – polis kiçik leytenantı”.