İLHAM ƏLİYEV: “BU GÜN SƏHƏR MƏNƏ MƏLUMAT VERİLDİ Kİ, ORDUMUZ YENİ UĞURLARA İMZA ATIB”backend

İLHAM ƏLİYEV: “BU GÜN SƏHƏR MƏNƏ MƏLUMAT VERİLDİ Kİ, ORDUMUZ YENİ UĞURLARA İMZA ATIB”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Ermənistanın bu çirkin siyasəti anlaşılandır. Çünki onlar hər zaman döyüş meydanında məğlubiyyətə uğrayanda belə çirkin əməllərə əl atır”. TİA.AZ xəbər verir ki, Prezident İlham Əliyev bunu oktyabrın 13-də Türkiyənin “Haber Türk” televiziyasına müsahibəsində deyib.
“Sivillərə qarşı, əliyalın insanlara qarşı qəddarlıq göstərmək onlar üçün adi bir şeydir. Azərbaycan xalqı bunu Xocalı soyqırımının timsalında görüb”, – Əliyev bildirib.
Prezident bildirib ki, bu dəfə də bütün cəbhə boyu Azərbaycan Ordusu uğurlu əməliyyat keçirərək bir neçə şəhər və kəndimizi işğaldan azad edib: “İşğaldan azadetmə əməliyyatımız uğurla davam edir. Bu gün səhər mənə verilən məlumata görə, Azərbaycan Ordusu bu istiqamətdə daha böyük uğurlara imza atdı. Bu məsələ ilə bağlı lazım olan vaxtda açıqlama veriləcək”.