İlham Əliyev Azərbaycanla Türkiyə arasındakı iki sazişi təsdiqlədibackend

İlham Əliyev Azərbaycanla Türkiyə arasındakı iki sazişi təsdiqlədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında mədənçilik sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə fərman imzalayıb.
TİA.AZ-ın xəbərinə görə, Azərbaycan Prezidentinin digər fərmanı ilə isə “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında balıqçılıq sahəsində əməkdaşlığa dair Saziş” təsdiq edilib.
Hər iki fərmanla Ekologiya və Təbii Sərvətlər Nazirliyinə sazişin müddəalarının həyata keçirilməsini təmin etmək tapşırılıb.
Bundan əlavə, Azərbaycanın Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə Hökumətinə bildiriş göndərməlidir.