İlham Əliyev: “Azərbaycan pandemiya ilə mübarizə sahəsində 30-dan çox ölkəyə yardım edib”backend

İlham Əliyev: “Azərbaycan pandemiya ilə mübarizə sahəsində 30-dan çox ölkəyə yardım edib”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qoşulmama Hərəkatının onlayn Zirvə Toplantısının praktiki nəticəsi oldu. Hərəkata üzv ölkələrin əsas humanitar və tibbi ehtiyaclarını əhatə edən məlumat bazası yaradıldı”.

Tİa.az-ın məlumatına görə, bu sözləri Prezident İlham Əliyev Qoşulmama Hərəkatının Xarici işlər nazirlərinin aralıq konfransında deyib.

Dövlət başçısı bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatı Qoşulmama Hərəkatına üzv ölkələrin mövcud ehtiyaclarını müəyyənləşdirmək üçün həmin məlumat bazasından istifadə edir.
Prezident özünün təşəbbüsü ilə 2020-ci ilin 3-4 dekabr tarixlərində BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirildiyini də xatırladıb.

İlham Əliyev qeyd edib ki, Azərbaycan koronavirusla mübarizə çərçivəsində 30-dan çox ölkəyə humanitar yardım göstərib.

“Azərbaycan pandemiya ilə mübarizə sahəsində Qoşulmama Hərəkatı ölkələri də daxil olmaqla, 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı edib. Bununla yanaşı, Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə töhfəsi edib ki, bunun da yarısı Qoşulmama Hərəkatının üzv dövlətləri üçün nəzərdə tutulub”, – deyə İlham Əliyev əlavə edib.