İlham Əliyev Ağdama getdibackend

İlham Əliyev Ağdama getdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Ağdama səfəri çərçivəsində Bərdə-Ağdam avtomobil yolunun təməlqoyma mərasimində iştirak edib.
TİA.AZ xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat xidməti yayıb.
Dövlət başçısı Ağdam şəhər meşə-parkında ağac əkilməsi mərasimində iştirak edib.
Daha sonra Prezident Ağdam şəhərində inşa olunacaq ilk yaşayış binasının təməlqoyma mərasimində iştirak edib.
İlham Əliyev həmçinin Ağdam Sənaye Parkının təməlqoyma mərasiminə qatılıb.
Prezident Ağdamda Qarabağ xanlığının banisi Pənahəli xanın sarayının yerləşdiyi imarət kompleksində olub.