Tribuna İnformasiya Agentliyi

“İlham Əliyevin qələbəsi onun ali siyasi nüfuzunu təsdiqləyir” – Putin

12 Aprel
Rusiya prezidenti Vladimir Putin İlham Əliyevi yenidən prezident seçilməsi münasibəti ilə təbrik edib.
Moderator.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Putin təbrik teleqramında qeyd edir ki, Əliyevin seçkilərdə inamlı qələbəsi onun ali siyasi nüfuzunu əyani şəkildə təsdiqləyir, onun Azərbaycanın qarşısında duran aktual sosial-iqtisadi və xarici siyasət tapşırıqlarının həllindəki xidmətlərindən xəbər verir.