Tribuna İnformasiya Agentliyi

İlham Əliyevin prezidentliyə namizədliyi təsdiqlənib

14 Fevral

Bu gün Mərkəzi Seçki Komissiyasının iclasında Azərbaycan prezidenti, Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyevin namizədliyinin irəli sürülməsinin təsdiq olunması müzakirəyə çıxarılıb.

TİA.AZ-ın məlumatına görə, iclasda İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiq edilib.

Xatırladaq ki, Yeni Azərbaycan Partiyasının fevralın 8-də keçirilən qurultayında İlham Əliyevin prezidentliyə namizədliyi irəli sürülüb.