Tribuna İnformasiya Agentliyi

İlham Əliyevdən tapşırıq – İndoneziyaya 50 min dollar yardım edildi

08 Oktyabr

Azərbaycan İndoneziyaya humanitar yardım göndərib.

Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, avqustun 5-də İndoneziyada baş verən 6,9 şiddətində güclü zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq 50 min ABŞ dolları məbləğində vəsait humanitar məqsədlərlə İndoneziya tərəfinə təqdim edilib.