Tribuna İnformasiya Agentliyi

İlham Əliyevdən Natiq Əliyevlə bağlı – Sərəncam

09 Avqust

Prezident İlham Əliyev N.K.Əliyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

TİA.AZ xəbər verir ki, sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında heykəltəraşlıq sənətinin inkişafında xidmətlərinə görə Natiq Kamal oğlu Əliyev “Şöhrət” ordeni ilə təltif edilsin.