Tribuna İnformasiya Agentliyi

İlham Əliyev üç səfirin etimadnaməsini qəbul etdi

08 Avqust

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 8-də Bəhreyn Krallığının ölkəmizdə yeni təyin olunmuş səfiri Ebrahim Yusuf Al-Abdullanın etimadnaməsini qəbul edib.

TİA.AZ bildirir ki, Azərbaycan Respublikasının dövlət başçısı həmçinin Şri-Lanka Demokratik Sosialist Respublikasının ölkəmizdə yeni təyin olunmuş səfiri Məhəmməd Şərif Anisin və Koreya Xalq Demokratik Respublikasının ölkəmizdə yeni təyin olunmuş səfiri Kim Hen Cunun etimadnamələrini qəbul edib.