Tribuna İnformasiya Agentliyi

İlham Əliyev QMİ-yə dörd milyon manat ayırıb

27 Dekabr

Prezident İlham Əliyev Qafqaz Müsəlmanları İdarəsinə maliyyə yardımı göstərilməsi haqqında sərəncam imzalayıb.

TİA.AZ  xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qafqaz Müsəlmanları İdarəsinə 4,0 (dörd) milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə sənəddə göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.