Tribuna İnformasiya Agentliyi

İlham Əliyev məşhur futbolçu ilə görüşdü – Foto

05 Dekabr
Prezident İlham Əliyev dekabrın 4-də Bakı Ekspo Mərkəzində XXIV Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi – “Bakutel-2018” ilə tanış olarkən fransız futbolçu Robert Pireslə görüşüb.
TİA.AZ-ın xəbərinə görə, məşhur futbolçu dövlət başçımıza Avroliqanın rəsmi topunu təqdim edib.
Məlumat üçün bildirək ki, R.Pires 1998-ci ildə dünya çempionu, 2000-ci ildə isə Avropa çempionu olub. “Arsenal” komandasının liderlərindən olan Pires, həmçinin İngiltərə kubokunun qalibi və İngiltərə çempionudur. FIFA-nın 2000-ci il reytinqinə görə, o, dünyanın ən yaxşı 100 futbolçusundan biri olub. Pires həmçinin gələn il Bakıda keçiriləcək Avroliqa finalının səfiridir.
Qeyd edək ki, sərgidə, ilk dəfə olaraq, alman alimlərinin ixtirası olan ultra-modern texnologiyası əsasında “RoboKeeper” təqdim olunur. Bu, dünyanın ən sürətli qapıçısı hesab edilir. Hətta bir çox məşhur dünya futbol ulduzları da bu qapıçını məğlub edə bilmir.