Tribuna İnformasiya Agentliyi

İlham Əliyev Hüseynova general rütbəsi verdi

09 Mart
Prezident İlham Əliyev Tofiq Hüseynova general-mayor ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.
TİA.AZ xəbər verir ki, sərəncamla Tofiq Vaqif oğlu Hüseynova general-mayor ali hərbi rütbəsi verilib.
Prezident başqa bir sərəncamla Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında səhiyyə sahəsinin inkişafında xidmətlərinə görə Şəmsəddin Səftər oğlu Heydərova “Əməkdar həkim” fəxri adı verib.