Tribuna İnformasiya Agentliyi

İlham Əliyev generala vəzifə verdi

12 Mart

Daxili Qoşunlara yeni qərargah rəisi təyin edilib.

TİA.AZ-ın APA-ya istinadən məlumatına görə, bu barədə prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən Tofiq Vaqif oğlu Hüseynov Daxili İşlər Nazirliyinin Daxili Qoşunları komandanının 1-ci müavini – Qərargah rəisi təyin edilib.

Qeyd edək ki, ölkə başçısı bir neçə gün əvvəl T. Hüseynova general-mayor ali hərbi rütbəsi verilməsi haqqında sərəncam imzalayıb.