Tribuna İnformasiya Agentliyi

İlham Əliyev: “Bütün günahkarlar cəzalandırılacaq”

04 İyul
TİA.AZ-ın məlumatına görə, müşavirədə çıxış edən Prezident İlham Əliyev çətin saatlarda göstərdiyi anlayışa, səbirə və  təlaşa düşmədiyinə  görə Azərbaycan xalqına təşəkkür edib.
Eyni zamanda, İlham Əliyev çətin anda göstərdikləri köməyə görə Rusiya və Gürcüstan hökumətlərinə minnətdarlığını bildirib və qeyd edib ki, Azərbaycan da həmçinin, çətin məqamlarda həmişə öz qonşularının köməyinə çatıb.
Dövlət başçısı əlavə edib ki, elektrik enerjisinin kəsilməsində günahkar olanların hamısı cəzalandırılacaq.