Tribuna İnformasiya Agentliyi

İlham Əliyev azərbaycanlıların soyqırımı ilə bağlı sərəncam verdi

18 Yanvar

Azərbaycan prezidenti İlham Əliyev 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında sərəncam imzalayıb.

TİA.AZ-ın məlumatına görə, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası 1918-ci il azərbaycanlıların soyqırımının yüzüncü ildönümünə həsr olunmuş tədbirlər planının hazırlanıb həyata keçirilməsini təmin etməlidir.

Milli Məclisə isə soyqırımın 100 illiyi ilə bağlı xüsusi iclasın keçirilməsi tövsiyə edilib.