İlan adasında Ukrayna bayrağı qaldırılıbbackend

İlan adasında Ukrayna bayrağı qaldırılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Qara dənizin şimal-qərbində yerləşən İlan adasını rəsmi şəkildə öz yurisdiksiyasına qaytarıb.

TİA.AZ-ın Ukrayna mətbuatına istinadən xəbərinə görə, bu barədə Ukrayna Cənub Müdafiə Qüvvələrinin mətbuat xidmətinin rəhbəri Natalia Qumenyuk bildirib.

O, adada Ukrayna bayrağının qaldırıldığını bəyan edib: “İlan adasında Ukrayna bayrağı qaldırılıb. Hərbi əməliyyat başa çatdırılıb və indi ərazi Ukraynanın yurisdiksiyasına qaytarılıb”.

Qeyd edək ki, İlan adası fevralın 24-də Rusiyanın nəzarətinə keçmişdi. Rusiya iyunun 30-da adadan çəkildiyini təsdiqləyib.