İlahiyyat İnstitutuna rektor əvəzi təyin edildibackend

İlahiyyat İnstitutuna rektor əvəzi təyin edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Azərbaycan İlahiyyat İnstitutuna rektor vəzifəsini müvəqqəti icra edən şəxs təyin edilib.
İnstitutdan  verilən məlumata görə, adətən belə hallarda rektor vəzifəsini prorektorlardan biri icra edir. Hazırda bu vəzifə Aİİ-nin Elm və innovasiyalar üzrə prorektoru Aqil Şirinova həvalə edilib.
Qeyd edək ki, İnstitutun rektoru Ceyhun Məmmədov 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən deputat seçilib. Prezident İlham Əliyev sərəncamı ilə Ceyhun Valeh oğlu Məmmədov Azərbaycan İlahiyyat İnstitutunun rektoru vəzifəsindən azad edilib.