İki rus desantçısı havada toqquşaraq öldübackend

İki rus desantçısı havada toqquşaraq öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belarusda paraşüt təlimi zamanı iki rusiyalı hərbçi həlak olub.
TİA.AZ xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, bədbəxt hadisəyə səbəb qəfil əsən güclü külək olub.

Yüksək ixtisaslı iki müqaviləli hərbçilərdən biri ehtiyat paraşütlə hər ikisini xilas etməyə çalışsa da paraşüt sistemi işə düşməyib və arzuolunmaz eniş olub. Hər iki həbçi aldıqları xəsarətlərdən dünyasını dəyişib.