İki rayon sərt karantin rejimi zonasından çıxarıldı – Bir rayon yenidən daxil edildibackend

İki rayon sərt karantin rejimi zonasından çıxarıldı – Bir rayon yenidən daxil edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunacaq şəhər və rayonların siyahısından Siyəzən və Şəki rayonları çıxarılıb.

TİA.AZ  xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, avqustun 5-dən sonra qeyd olunan rayonlarda sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunmayacaq.

Yeni qərarla siyahıya Salyan rayonu yenidən daxil edilib.

Beləliklə, COVID-19 infeksiyasına yoluxma dinamikası nəzərə alınmaqla 2020-ci il 31 avqust saat 00:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi aşağıdakı şəhər və rayonlarda tətbiq olunacaq:

Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərləri və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonları.

Qeyd edək ki, avqustun 5-dək sərtləşdirilmiş xüsusi karantin rejimi Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Siyəzən, Şəki, Xaçmaz, Goranboy və Göygöl rayonlarını əhatə edir.