İki qəhrəman qazimizin başına iş gəldi – VİDEObackend

İki qəhrəman qazimizin başına iş gəldi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vətən müharibəsində ermənilərə  qan udduran iki qəhrəman döyüşçünün başına iş gəlib. Müharibənin çətinliklərini arxada qoyan iki dost evlərinə qayıtdıqdan sonra bir dələduzun tələsinə düşüblər. Həmin dələduz özünü Müdafiə Nazirliyinin əməkdaşı kimi təqdim edib və onlara müavinət veriləcəyini bildirib. Təbii ki, bunun müqabilində pul istəyib. 

Vətən müharibəsinin başladığı vaxtlarda onlar da səfərbərlik xidmətinin xətti ilə cəbhəyə gediblər. Müharibədən sağ-salamat qayıtsalar da, öz evlərində dələduzluğun qurbanına çevriliblər.

Söhbət Elşən Bayramov və Səbuhi Əliyevdən gedir. Müharibədən qayıtdan sonra Səbuhinin mobil nömrəsinə zəng gəlib. Özünü Müdafiə Nazirliyinin rəsmisi kimi təqdim edən Orxan adlı şəxs ona təyin olunacaq müavinət qarşılığında müəyyən məbləğdə rüşvət istəyib.

Danışıq zamanı Səbuhiyə onun üçün xüsusi medalın hazırlandığı da bildirilib. Hətta həmin medalın fotosu votsap vasitəsilə Səbuhiyə göndərilib.

Daha sonra həmin şəxs Səbuhidən başqa əsgər yoldaşlarının nömrəsini istəyib. Səbuhi də bu dırnaqarası müavinətdən faydalanmaları üçün bir neçə yoldaşının nömrəsini Orxana verib. Bundan sonra Orxanın tələsinə Elşən Bayramov düşüb. Orxan Elşənə pulu verməsi üçün bank kartının nömrəsini də göndərib.

Məbləğ karta yatızdırıldıqdan sonra Orxan Həsənov onlara görüş vaxtı və yeri təyin edib. Hərbi Qospitalın həyətində görüşməli olduqları halda nə görüşə gəlib, nə də telefonlara cavab verib.

Bundan sonra dələduzluğun qurbanı olduqlarını anlayan dostlar hüquq mühafizə orqanlarına müraciət ediblər. Hazırda bu istiqamətdə araşdırmalar davam edir.

Müdafiə Nazirliyindən isə bildirildi ki, vətəndaşlara belə məsələlərlə bağlı şəxsən zəng olunmur. Kompensasiya, müavinət və digər məsələlərlə bağlı bütün məlumatlar nazirliyin rəsmi internet səhifəsinə yerləşdirilir.