Tribuna İnformasiya Agentliyi

İki ölkə arasında körpü problemi – 732 yük maşını gözləyir

11 Sentyabr

Mərkəzi Afrika ölkəsi Benindən Nigerə yük daşıyan 732 yük maşını sərhəd məntəqəsində dayanmaq məcburiyyətində alıblar.

“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, buna səbəb güclü yağışlardan sonra körpünün yararsız hala düşməsidir.

Niger İdxalatçılar üzrə Həmkarlar İttifaqının baş katibi Çabiou Tçombiano Nigerə təmizlik və tikinti məhsulları daşıyan 732 yük maşının yolda qapalı qaldığını, yolun açılmaması halında ölkədə qida probleminin də yaşana biləcəyini qeyd edib.

O, Benin səlahiyyətlilərinə çağırış edib ki, yeni bir körpü salınana qədər yük maşınları Nigeriya marşrutunu istifadə  etsinlər. Ancaq bunun üçün üç ölkə arasında razılıq əldə olunmalıdır.