Tribuna İnformasiya Agentliyi

İki məhkəmə hakimi vəzifəsindən azad olunur

27 Dekabr

Naxçıvan Ali Məhkəməsinin iki hakimi vəzifəsindən azad olunur.

TİA.AZ-ın məlumatına görə, bu barədə Prezident İlham Əliyevin imzası ilə Milli Məclisə daxil olan layihədə qeyd edilib.

Sənəddə göstərilib ki, Məhkəmə-Hüquq Şurasının təkliflərinin nəzərə alınaraq Polad Həsənovun və Qabil Məmmədovun vəzifələrinin dəyişdirilməsi ilə əlaqədar Naxçıvan Ali Məhkəməsinin hakimi vəzifəsindən azad edilməsi təklif edilir.

Dəyişiklik layihəsi Milli Məclisin dekabrın 28-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.