“İki koronavirus yayılıb, biri çox təhlükəlidir” – Türkiyəli professorbackend

“İki koronavirus yayılıb, biri çox təhlükəlidir” – Türkiyəli professor

“Hazırda iki növ koronavirus var. Birinci virus daha çox təhlükəlidir. İkincisi mutasiya ilə ortaya çıxıb. Bu, insanlar üçün daha az təhlükəlidir. Hazırda dünyada ən çox yayılan virus budur”.

Bunu türk professor Mehmet Öz deyib.

“Artıq hər kəs iki virusun olduğunu qəbul edir. Bu əslində Çindən yayıldı. Uhandan yayılan ilk virus daha təhlükəli idi. Bu, dünyanın 30 faizinə təsir etdi. digər virus daha güclüdür. Bu viruslar iki əkiz qardaş kimi bir-birinə çox bənzəyirlər. Amma aralarında kiçik bir fərq var. Onsuz da, iki həftdən bir kiçik bir mutasiya baş verir. Amma bunların peyvəndə təsirinin olduğunu düşünmürəm. Bir peyvəndlə bunların öhdəsindən gələcəyik”, – Mehmet Öz qeyd edib. (Teleqraf.com)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
www.tia.az