Tribuna İnformasiya Agentliyi

İki günün körpəsi xəstəxanda öldü – İmişli

06 Oktyabr
İmişli rayonunda yeni doğulan körpə ölüb.
TİA.AZ– Trend-ə istinadən məlumatına görə, İmişli rayon sakini, 2000-ci il təvəllüdlü Şahbazlı Nəzrin Saleh qızı oktyabrın 3-də gecə saatlarında doğuş sancıları ilə İmişli rayon Mərkəzi Xəstəxanasına daxil olub.
Qadın xəstəxanada oğlan uşağı dünyaya gətirib. Uşaq oktyabrın 6-da gecə saat 1 radələrində xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.