III qrupa sənəd verən 3 082 abituriyent kənarda qalacaqbackend

III qrupa sənəd verən 3 082 abituriyent kənarda qalacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Həmişə III qrup çoxsaylı abituriyentləri cəlb edir. Bu il həmin qrup üzrə 21 mindən çox abituriyent imtahanda iştirak edib”.

TİA.AZ xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O qeyd edib ki, müsabiqə şərtləri bu qrupda adətən yüksək olur: “Bu il III qrupda 12 286 plan yeri var. Müsabiqəyə buraxılanların və 200-dən çox bal toplayanların sayı isə 15 368 nəfərdir. Bu o deməkdir ki, 3 082 abituriyent istənilən halda kənarda qalacaq. Bu plan yerlərindən asılı məqamdır”.

M.Abbaszadə bildirib ki, bu il üçün III qrup üzrə keçid balını aşağı salmağa ehtiyac yoxdur: “Çünki III qrupda kifayət qədər yüksək nəticə göstərən var”.