“III ixtisas qrupuna 1300 plan yeri əlavə olunacaq” – Məleykə Abbaszadəbackend

“III ixtisas qrupuna 1300 plan yeri əlavə olunacaq” – Məleykə Abbaszadə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

III ixtisas qrupu üzrə ali məktəblərə qəbul qaydalarında dəyişikliklər bu qrupda müsabiqə vəziyyətinə təsir etməyəcək. III ixtisas qrupuna 1300 plan yeri əlavə olunacaq.

TİA.AZ-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.

Onun sözlərinə görə, bir növ III qrupda gərginlik aşağı düşəcək: “300 baldan yuxarı bal toplayıb kənarda qalan abituriyentlər üçün vəziyyət yaxşılaşacaq. Yüksək reytinqli ixtisaslarda isə vəziyyət olduğu kimi qalacaq”.