“II qrupda abituriyentlərin 100 faizi tələbə adını qazana bilər” – Prezident təqaüdünü kimlər alacaq?backend

“II qrupda abituriyentlərin 100 faizi tələbə adını qazana bilər” – Prezident təqaüdünü kimlər alacaq?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu il II ixtisas qrupu üzrə nəticələr 2020-ci illə müqayisədə zəifdir”.

Bunu təhsil eksperti Kamran Əsədov nəticələri təhlil edərkən bildirib. Onun sözlərinə görə, II ixtisas qrupu üzrə 5346 abituriyent 200-dən çox bal toplayıb, 150-dən çox bal toplayan abituriyentlərin sayı isə 8079 nəfərdir. Ekspert xatırladıb ki, 2020-ci ildə II qrupda 200-dən çox bal toplayan abituriyentlərin sayı 5356 abituriyent, 150-dən çox bal toplayanlar isə 7682 nəfər olub. K.Əsədov 2021-ci ildə II ixtisas qrupu üzrə 13672 plan yeri ayrıldığını, onların 4230-nun ödənişsiz olduğunu qeyd edib. Ötən il müvafiq olaraq bu rəqəmlər 13800 plan yerindən 4115 dövlət hesablı idi.

Təhsil eksperti daha sonra bildirib ki, II qrupda müsabiqə şərtlərini ödəyən abituriyentlərin 100 faizi tələbə adını qazana bilər: “II ixtisas qrupu üzrə 650-dən çox abituriyent 45 bal, 600-dən çox 196, 550-dən çox 464, 500-dən çox isə 823 bal toplayıb. 2020-ci ildə 650- dən çox abituriyent 48 bal, 600-dən çox 216, 550-dən çox 535, 500-dən çox 899 abituriyent bal toplamışdı”.

K.Əsədovun sözlərinə görə, II ixtisas qrupu üzrə Prezident təqaüdü 670 dən çox bal toplamış abituriyent ala biləcək.