II Nikolayın qohumunun çar ailəsinin qətliylə ilə bağlı məktubu yayıldıbackend

II Nikolayın qohumunun çar ailəsinin qətliylə ilə bağlı məktubu yayıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniyada Rus çarının qızı Anastasiyanın edamdan sağ çıxa biləcəyi barədə konspiroloji nəzəriyyəni inkar edən II Nikolayın qohumu – Lord Luis Mauntbettenin məktubu dərc edilib.

TİA.AZ xəbər verir ki, bu haqda Daily Mail məlumat verib.

Mauntbetten Çar Aleksandr Fyodorovnanın həyat yoldaşının qardaşı oğlu və İngiltərə kraliçası II Yelizavetanın əri Filipin əmisidir.

Bu əlaqələrə görə, Anastasiya Mauntbettenin əmisi qızı olur. Mauntbetten çar ailəsinin Yekaterinburqdakı İpatyev evində məhv edilməsi zamanı süngülənərək bolşeviklər tərəfindən öldürüldüyünə görə Anastasiyanın sağ qalmadığına inanır. Mauntbetten Alman Apellyasiya Məhkəməsinin qərarına istinad edərək bildirir ki, onun fikrincə özünü Şahzadə Anastasiya kimi təqdim edən polşalı kəndli Anna Anderson çar qanının daşıyıcısı olmayıb.

O, həmçinin əvvəlcə özünü tədqim etdiyi kimi, böyük knyajna Tatyana da olmayıb.

Xatırladaq ki, Almaniya məhkəməsi Anna Andersonun əsil kimliyini açıqlayıb – onun ruhi xəstəlikdən əziyyət çəkən polşalı fəhlə Fransiska Şantskovskaya olduğu ortaya çıxıb.

 

Mauntbetten bu məktubunu 1975-ci ildə yazıb.