İH-lər ləğv edilsin, Prezidentin xüsusi nümayəndəsi təyin edilsin… – Natiq Cəfərlibackend

İH-lər ləğv edilsin, Prezidentin xüsusi nümayəndəsi təyin edilsin… – Natiq Cəfərli

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Yerli icra hakimiyyətləri orqanları ləvg edilərək, əvəzində rayonların birləşdirilərək böyük iqtisadi regionların yaradılması, prezidentin şəxsi nümayəndəsinin təyin edilməsi daha məntiqli bir yanaşma olardı”.
Bunu  açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. Onun sözlərinə görə, yerli özünüidarə institutlarının gücləndirilməsi xalqla yerli hakimiyyət arasında münasibətlərin pozitiv inkişafına səbəb olardı:
“Yerli orqanlar xalqın gündəlik problemləri ilə məşğul olurlar. Bu sərəncam Ağdam və Şuşa ilə bağlı verilib. Çox güman ki, bu, gələcək sistemə keçidlə bağlı ilkin addmlardır. Yerlərdə sistemin necə işləyəcəyi yoxlanılır. Paralel strukturların qalmasındansa, yəni həm icra hakimiyyətləri, həm də prezidentin xüsusi nümayəndəsinin qalması idarəetmə baxımından effektiv deyil. Növbəti addım kimi icra strukturlarının ləvgi və yeni idarəetmə formasına keçidlə bağlı qərarların verilməsini gözləmək lazımdır”.
Ekspert qeyd edib ki, burada köklü idarəetmə dəyişiklikləriylə bağlı bəzi məsələlərdə konistitutsiya qanunu qəbul olunmalıdır:
“Ya parlamentin böyük səs çoxluğu, ya da refendumla konistitutsiyada müəyyən dəyişikliklər olunmalıdır. Hələlik bununla bağlı məlumat yoxdur. Amma hər halda hüquq məntiqi və idarəetmənin təkmilləşdirilməsi onu deyir ki, yaxın gələcəkdə idarəetmənin təkimilləşdirilməsi çərçivəsində yerli icra hakimiyyətlərinin ləvgi məsələsi və rayonların birləşdirilib böyük regionların yaradılması gündəmə gələcəksə, konistitutsiyada da müəyyən dəyişikliklərin olunmasına, iderəetmənin yeni formalarının konistitutsiyaya salınmasına səbəb olmalıdır. Çox güman ki, növbəti addımlardan biri bu olacaq”.