İFLAS DALĞASI BÜTÜN AVROPAYA YAYILIRbackend

İFLAS DALĞASI BÜTÜN AVROPAYA YAYILIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropada enerjidən pərakəndə satışa, qidadan daşınmaz əmlaka qədər bir çox şirkətlər müflisləşib.
TİA. az xarici mətbuata istinadən xəbər verir ki, Böyük Britaniyada müflisləşən şirkətlərin sayı avqustda 43 faiz artıb. Belçikada 10 qida şirkətindən dördü risk altındadır. Almaniyada bu rəqəm əvvəlki illə müqayisədə artıb. İtaliyanın sənaye lobbisi “Confindustria” enerji qiymətlərinin artmağa davam etdiyi üçün şirkətlərin iflasa uğrayacağını açıqlayıb.
Almaniya Bundestaqının Enerji Komissiyasının sədri Klaus Ernst bildirib ki, ölkə Rusiyaya qarşı sanksiya siyasətinə görə iflas dalğası ilə üz-üzədir. Münhen İqtisadi Tədqiqatlar İnstitutu (Ifo) 2023-cü ilin ilk aylarında inflyasiya nisbətlərinin 11 faizə qədər olacağını proqnozlaşdırdıqlarını açıqlayıb. Almaniya Sənaye Federasiyasının sorğusuna görə, ən azı üç kiçik və orta şirkətdən biri öz varlığını risk altında görür.
Mərkəzi Avropanın ən böyük gübrə istehsalçısı “SKW Piesteritz” üç həftədən artıqdır ki, istehsalını tamamilə dayandırıb. Sürətlə artan enerji qiymətləri Avropada ərzaq istehsalına da ciddi təsir göstərib. Vəziyyət avtomobil sənayesi tədarükçüləri üçün də ağırdır. Avropanın bütün böyük avtomobil istehsalçılarının istifadə etdiyi xromlanmış plastik komponentlər istehsal edən “BIA” Forstdakı fabrikini bağlayacağını açıqlayıb.
Avropadakı kənd təsərrüfatı və qida şirkətləri də enerji qiymətlərinin artması fonunda fəaliyyətlərini davam etdirmək üçün mübarizə aparırlar. Bəziləri istehsalı dayandırmaq, işçilərini ixtisar etmək və ya biznesi tamamilə bağlamaqla üzləşirlər.

İtaliyanın sənaye lobbisi “Confindustria” enerji qiymətlərinin bu şəkildə getməsi halında geniş yayılmış korporativ iflasların başlaya biləcəyi barədə xəbərdarlıq edib. Ölkədə qazın qiyməti son vaxtlar bir meqavatsaat üçün 320 avrodan yuxarı qalxıb. İngiltərədə iflas elan edən şirkətlərin sayı avqustda 43 faiz artıb. İflas Xidmətinin rəqəmlərinə görə, 1933 firma avqust ayında istehsal edə bilməyəcəklərini açıqlayıb. İstehsal sektorunda iflaslar da keçən ildən 63 faiz artıb.

Aytac Sahəd

TİA. az