Tribuna İnformasiya Agentliyi

İdmançılarımız federasiya rəhbərini belə boykot etdi – VİDEO

14 Yanvar

Basketbol üzrə Azərbaycan çempionatında qalmaqalı hadisə baş verib. Belə ki, 2 gün öncə çempionat çərçivəsində keçirilən oyun baş tutmayıb. Buna səbəb isə basketbolçuların federasiya rəhbərliyinin istefasını tələb etməsidir. “80-lər” və ADNSU komandaları hakimin fitindən sonra arenanı tərk ediblər.

Bu barədə məlumatı “Qafqazinfo”ya basketbol millimizin üzvlərindən biri verib.

O bildirib ki, Azərbaycan Basketbol Federasiyasının rəhbəri Nəsib Nəsibov postundan getməyənə qədər buna davam edəcəklər.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu gün federasiya rəhbərliyi basketbolçularla görüşüb. Nəsib Nəsibov problemləri həll etmək üçün basketbolçularla razılıq əldə etmək istəyir. İclas hazırda davam edir.