İdmançılar niyə məşq zamanı ölür? – Kardioloqdan açıqlamabackend

İdmançılar niyə məşq zamanı ölür? – Kardioloqdan açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son dövrlər idmançılar arasında ürəktutmasından vəfat edənlər çoxalıb.

TİA.AZ xəbər verir ki, məsələ ilə bağlı açıqlama verən Kardiologiya Cəmiyyətinin sədri Üzeyir Rəhimov bildirib ki, ürəktutmadan vəfat edən idmançıların bir hissəsi məşqlər zamanı dünyada istifadəsi qadağan olunmuş vasitələrdən istifadə edir.

Onun sözlərinə görə, bəzi idmançılar dopinq, steroid və. s kimi hormon dərmanlarından istifadə edirlər:

“Bu da həmin isanlarda infarkt, tromblaşma, qaraciyər çatışmazlığı, beyin qanamasına səbəb olur. İdmançılara zülallardan və amin turşularından istifadə etmək tövsiyə olunur. Bunların xaricində əzələ kütləsini artıran “anabolic steroid” adlı maddələrdən istifadə etmək olmaz. Bunlar təkcə bədənimizdəki əzələləri artırmır, eyni zamanda ürək əzələlərini də qalınlaşdırır ki, bu da ürəkdə aritmiyalara və ürək xəstəliklərinə səbəb olur. Buna görə də idmançılara tövsiyəmiz odur ki, qadağan olunmuş qidalardan istifadə etməsinlər”,- deyə Ü. Rəhimov bildirib.