“İdeal”ın keçmiş sahibinin məhkəməsi başlayırbackend

“İdeal”ın keçmiş sahibinin məhkəməsi başlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

TİA.AZ-ın xəbərinə görə, iş baxılması üçün Bakı Ağrı Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Əli Məmmədovun icraatına verilib.

Qeyd edək ki, İ.İsmayılov 2011-2017-ci illərdə tutduğu vəzifəsindən sui-istifadə edərək 680 min manata yaxın məbləğdə pul vəsaitini mənimsəməkdə təqsirləndirilir.

Ona Cinayət Məcəlləsinin 179.3.2-ci və 308.2-ci maddələri ilə ittiham elan edilib və Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.