İddiaçılar turniri: Rusiyalı şahmatçı vahid lider oldubackend

İddiaçılar turniri: Rusiyalı şahmatçı vahid lider oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Yekaterinburq şəhərində şahmat üzrə İddiaçılar Turnirinə qaldığı yerdən start verilib.

TİA.AZ-ın məlumatına görə, VIII turda liderlər qələbə qazana bilməyib.

Fransalı Maksim Vaşye-Laqrav ABŞ təmsilçisi Fabiano Karuanaya uduzub, rusiyalı Yan Nepomnyaşi isə niderlandlı Aniş Giri ilə heç-heçə edərək liderliyi ələ keçirib.

Digər görüşlərdə rusiyalı Aleksandr Qrişuk həmyerlisi Kirill Alekseyenkoya məğlub olub. Çinli Dinq Liren isə həmyerlisi Van Hao ilə bərabərə qalıb.

8 turdan sonra turnir cədvəlinə 5 xalla Nepomnyaşi başçılıq edir. Karuana və Vaşye-Laqrav 4,5 xalla 2-3-cü, Giri ilə Hao 4 xalla 4-5-ci, Alekseyenko və Qrişuk 3,5 xalla 6-7-ci yerləri bölüşdürür. Dinq Liren isə 3 xalla sonuncu – 8-ci sırada qərarlaşıb.

Qeyd edək ki, yarış aprelin 27-də başa çatacaq. 2019-cu ildə Dünya Kubokunun qalibi olan Teymur Rəcəbov koronavirusun yayılması səbəbindən bu turnirdən imtina etmişdi. Rusiyanın Yekaterinburq şəhərindəki turnir 2020-ci martın 26-da yarımçıq dayandırılıb. Buna Rusiya Federasiyası hökumətinin digər ölkələrlə hava əlaqəsinin kəsilməsi barədə qərarı səbəb olub.