İctimai nəzarəti necə gücləndirməli?- “Bu sistem bərpa edilməlidir”-QHT sədribackend

İctimai nəzarəti necə gücləndirməli?- “Bu sistem bərpa edilməlidir”-QHT sədri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

44 günlük Vətən savaşından sonra Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoydu. Hesab edilir ki, yeni mərhələdə sosial-iqtisadi islahatlar sürətləndirilməli, çevik idarəetmə modelinə keçilməlidir.

Demokratik İslahatlar Partiyasının (DİP) funksioneri, Demokratiyanın və Milli Dəyərlərin Təbliği İctimai Birliyinin sədri Əli Cəfərov TİA.AZ-a açıqlamasında deyib ki, cəmiyyətdə köklü dəyişiklikləri həyata keçirmək üçün konstitusiya islahatlarına ehtiyac var:

“Hazırda referendum günün aktual məsələsidir. Düsünürəm ki, idarəetmə sistemində müəyyən dəyişikliklər edilməli və zamanın tələbinə uyğun daha çevik icra mexanizmi taradılmalıdır. Zaman göstərdi ki, köhnə idarəetmə strukturu özünü doğrultmadı. Əsasən də yerli icra hakimiyyətləri ləğv edilməlidir. Rayonlarda gütləvi narazılıq əsasən icra hakimiyyətindəndir. İcra hakimiyyətlərinin səlahiyyəti yerli idarəetmə orqanı olan və demokratik yolla seçilmiş bələdiyyələrə verilməlıdir”.

Əli Cəfərov hesab edir ki, cəmiyyətdə siyasi partiyaların nüfuzunu artırmaq üçün addımlar atılmalıdır: “Bunun üçün ilk növbədə proporsional seçki sistemi bərpa edilməlidir. Proporsional seçki sisteminin bərpası partiyaların və cəmiyyətin inkişafında mühüm rol oynayır. Partiyaların güclənməsi cəmiyyətin inkişafında mühüm əhəmiyyət kəsb etməklə yanaşı ictimai nəzarətı gücləndirəcək.

Baş verən neqativ halların aradan qaldırılmasında rol oynayacaq, demokratiyanın inkişafına təsir edəcək. Bunun üçündə ölkəmizdə mojaritar seçki sistemilə yanası proporsional seçki sisteminin bərpası lazımdır”.